Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 623 ədəd noutbuk istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.
Hesabat dövründə ölkədə 993 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da bir il əvvəlki göstəricidən 69,2 % azdır.
Təkcə avqust ayında 617 ədəd noutbuk və 17 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, əvvəlki ayın göstəricilərindən müvafiq olaraq 6 dəfə çox və 87 % azdır.