Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.
Təkcə noyabrda isə ölkədə 79 ədəd noutbuk və 1 075 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, isə oktyabra nisbətən müvafiq olaraq 11 dəfə və 19,5 dəfə çoxdur.