Azərbaycanda notbuk və stolüstü kompüterin istehsalı oktyabrda kəskin artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 636 ədəd noutbuk, 1 064 ədəd stolüstü kompüter istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,2 dəfə çox və 70,6 % azdır.

Təkcə oktyabrda isə ölkədə 7 ədəd noutbuk və 55 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, isə sentyabra nisbətən müvafiq olaraq 2,3 dəfə və 3,4 dəfə çoxdur.

Digər xəbərlər