Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 480,5 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 6,6 % çoxdur.
Təkcə mayda adıçəkilən xidmətlərdən 98,4 milyon manat həcmində gəlir əldə edilib ki, bu da əvvəlki aya nisbətən 2 % azdır, ötən ilin eyni dövrünün göstəricisindən 1,8 % çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 158,5 milyon manat gəlir əldə edilib.