Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 382,1 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 7,9 % çoxdur.
Təkcə apreldə adıçəkilən xidmətlərdən 100,4 milyon manat həcmində gəlir əldə edilib ki, bu da əvvəlki aya nisbətən 6,6 %, ötən ilin eyni dövrünün göstəricisindən 9 % çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 158,5 milyon manat gəlir əldə edilib.