Azərbaycanda bu ilin yanvar-mart aylarında mobil telefon rabitəsi xidmətlərindən 281,7 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 7,5 % çoxdur.
Təkcə martda adıçəkilən xidmətlərdən 94,2 milyon manat həcmində gəlir əldə edilib ki, bu da əvvəlki aya nisbətən 3,6 %, ötən ilin eyni dövrünün göstəricisindən 6,6 % çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 158,5 milyon manat gəlir əldə edilib.