Ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.
Təkcə dekabrda isə adıçəkilən xidmətlərdən 109 milyon manat gəlir əldə edilib ki, bu da 1 il əvvələ nisbətən 5,8 % çoxdur.