Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 908,9 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.
Təkcə sentyabrda isə adıçəkilən xidmətlərdən 108 milyon manat gəlir əldə edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 6,1 % çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 158,5 milyon manat gəlir əldə edilib.