Azərbaycanda mobil rabitə gəlirləri 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 585,7 milyon manat gəlir əldə edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.

Təkcə iyunda isə adıçəkilən xidmətlərdən 105,2 milyon manat gəlir əldə edilib ki, bu da əvvəlki aya nisbətən 7 %, ötən ilin eyni dövrünün göstəricisindən 5,6 % çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 158,5 milyon manat gəlir əldə edilib.

Digər xəbərlər