Bu ilin I rübündə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 286,4 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.
Təkcə martda isə adıçəkilən xidmətlərdən 91,6 milyon manat gəlir əldə edilib ki, bu da 1 il əvvələ nisbətən 2,8 % azdır.
2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.