Bu ilin I yarısında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 597,5 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.
Təkcə iyunda isə adıçəkilən xidmətlərdən 107,2 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 1,9 % çoxdur.
2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.