Bu ilin iyul ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 71,04 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 9,45 faiz bəndi, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 4,68 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı əvvəlki aya nisbətən iyulda 12 % azalıb.
Kompüterlərin bazar payı aylıq 9,3 faiz bəndi, illik müqayisədə isə 4,9 faiz bəndi artaraq 28,21 % olub.
İyulda planşetlərin bazar payı 0,75 % təşkil edib. Bu, iyun ayına nisbətən 0,15 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,22 faiz bəndi azdır.