Ötən il Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 79,67 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi məlumata görə, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 13,46 faiz bəndi və ya 20,3 % çoxdur.
Hesabat dövründə kompüterlərin bazar payı 13,28 faiz bəndi və ya 41 % azalaraq 19,29 %-ə düşüb.
Ötən il ərzində planşetlərin bazar payı 0,18 faiz bəndi azalaraq 1,04 %-ə enib.
Xatırladaq ki, ötən ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 milyon 141 min 348 ədəd mobil cihaz olan smartfon gətirilib ki, bu da bir il əvvəlki göstəricidən 49,3 % çoxdur.