Azərbaycanda mobil cihazlarda “İOS”un payı azalmaqda davam edir

Bu ilin iyun ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 87,62 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi xəbərə görə, bu, may ayına nisbətən 1,77 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,79 faiz bəndi çoxdur.

Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 1,91 faiz bəndi və illik müqayisədə 0,99 faiz bəndi azalaraq 11,83 % olub. Beləliklə onun bazar payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 37 % təşkil edir).

Planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 4,07 faiz bəndi azalaraq və illik müqayisədə 6,29 faiz bəndi artaraq 77,83 % təşkil edib.

Həmin cihazlarda “İOS”un bazar payı 22,09 % təşkil edib ki, bu da aylıq müqayisədə 4,2 faiz bəndi çoxdur, illik isə 5,39 faiz bəndi azdır.

Digər xəbərlər