Azərbaycanda məlumatların işlənməsi və veb səhifələrlə bağlı fəaliyyətdən gəlirlər kəskin artıb

Ötən il Azərbaycanda informasiya və rabitə xidmətlərindən 3 milyard 222 milyon 955 min manat gəlir əldə edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən 17 % çoxdur.

Hesabat dövründə mobil telefon rabitəsindən 1 milyard 163 milyon 324 min manat (əvvəlki ilə nisbətən 11,4 % çox), proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsindən 355 milyon 307 min manat (26,6 % çox), internet xidmətlərinin göstərilməsindən 364 milyon 949 min manat (32,2 % çox) gəlir əldə edilib.

Həmçinin, bu dövr ərzində məlumatların işlənməsi, veb səhifələrin hazırlanması və idarə olunması ilə bağlı fəaliyyətdən 184 milyon 444 min manat (54 % çox), kompüter şəbəkələrinə texniki xidmət və sair informasiya xidmətlərinin göstərilməsindən 241 milyon 890 min manat (12,2 % az), radio, televiziya verilişlərinin translyasiyası və proqramların tərtib edilməsindən 96 milyon 540 min manat (21,1 % çox), şəhər-kənd telefon rabitəsindən 78 milyon 272 min manat (18,1 % çox) vəsait toplanıb.

Bundan başqa, ötən il Azərbaycanda peyk rabitəsindən 53 milyon 378 min manat (13,2 % az), data xidmətlərindən 50 milyon 405 min manat (20,6 % çox), şəhərlərarası və beynəlxalq telefon rabitəsindən 25 milyon 963 min manat (10,6 % az), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyətdən 53 milyon 46 min manat (28 % çox), nəşriyyat fəaliyyətindən 36 milyon 284 min manat (6,9 % çox), digər xidmətlərdən 519 milyon 153 min manat (27,9 % çox) gəlir əldə olunub.

Digər xəbərlər