Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 903 ədəd noutbuk istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Hesabat dövründə ölkədə 844 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da bir il əvvəlki göstəricidən 71,4 % azdır.
Təkcə iyunda 20 ədəd noutbuk və 186 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, may ayının göstəricilərindən müvafiq olaraq 2,6 dəfə az və 6 dəfə çoxdur.