Azərbaycanda iyulda 501 yeni e-imza verilib

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda istifadədə olan elektron imza sertifikatlarının sayı bu ilin avqustun 1-nə 35 098-ə çatıb.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir ki, iyul ayında e-imza istifadəçilərinin sayı 501 nəfər və ya 1,4% artıb. Ötən ay vətəndaşlara 34, dövlət qurumlarına 336, hüquqi şəxslərə isə 131 elektron imza verilib.

Məlumatda qeyd olunub ki, hazırda ümumilikdə e-imzaya sahib vətəndaşların sayı 7 629-a, dövlət qurumlarının sayı 21 201-ə, hüquqi şəxslərin sayı isə 6 268-ə çatıb.

Digər xəbərlər