Ötən il Azərbaycanda 26 min 463 IPTV (İnternet Protokol Televiziyası) abunəçisi olub.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən 30 % çoxdur.
Hesabat dövründə ölkədə kabel televiziyası abunəçilərinin sayı 181 min 332-yə bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 3,1 % çoxdur.
Son 5 ildə IPTV abunəçilərinin sayında 2,9 dəfəlik, kabel televiziyası abunəçilərinin sayında isə cəmi 1,8 %-lik artım qeydə alınıb.