Ötən il Azərbaycanda 19 min 668 IPTV (İnternet Protokol Televiziyası) abunəçisi olub.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-ci ilin göstəricisindən 26 % azdır.
Hesabat dövründə ölkədə kabel televiziyası abunəçilərinin sayı 204 min 448-ə bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 13 % çoxdur.
Son 5 ildə IPTV abunəçilərinin sayında 22 %-lik, kabel televiziyası abunəçilərinin sayında isə cəmi 26 %-lik artım qeydə alınıb.