Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 964,3 milyon manatlıq xidmət göstərib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 75 %-i əhali sektoruna aid olub.
9 ay ərzində göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5 %-i qeyri-dövlət sektorunun payına düşüb.