Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 729,2 milyon manatlıq xidmət göstərib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunun 75,9 %-i əhali sektoruna aid olub.
8 ay ərzində göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 % artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6 %-i qeyri-dövlət sektorunun payına düşüb.