Azərbaycanda “Google” axtarış sisteminin payı azalır

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 87,62 %-ə enib.

“Report”un “Statcounter” agentliyinin sentyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 2,24 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,06 faiz bəndi azdır. Bu axtarış sisteminin bazar payı ardıcıl olaraq üç aydır azalır.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 2,33 faiz bəndi, illik isə 1,17 faiz bəndi artaraq 10,61 %-ə çatıb.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı avqusta nisbətən 0,21 faiz bəndi azalaraq, ötən ilin sentyabr ayı ilə müqayisədə 0,05 faiz bəndi artaraq 1,07 % olub.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı əvvəlki aya nisbətən 0,07 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,06 faiz bəndi artaraq 0,41 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı avqust ayına nisbətən 0,04 faiz bəndi, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 0,07faiz bəndi artaraq 0,24 % olub.

Digər xəbərlər