Azərbaycanda evlərdə internetə çıxışın olmamasının səbəbləri açıqlanıb

Ötən il Azərbaycanda evlərdə (mənzillərdə) internetə çıxışın olmamasının səbəblərinin 64,6 %-i internetin lazım olmaması ilə bağlı olub.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 16,5 faiz bəndi çoxdur.

Səbəblərin 7,8 %-i (2022-ci ilə nisbətən 3,2 faiz bəndi az) başqa yerdə internetə çıxışın olması, 5,3 %-i (3 faiz bəndi az) internetə qoşulmaq üçün zəruri avadanlıqların baha olması, 4 %-i (6,1 faiz bəndi az) istifadə haqqının yüksək olması, 2,1 %-i (0,6 faiz bəndi az) internetdə şəxsi məlumatların qorunmasına əmin olmamaq, 3 %-i (2,9 faiz bəndi az) ərazidə texniki imkanların olmaması, 1,7 %-i (1 faiz bəndi az) internetin sürət və keyfiyyətinin qaneedici olmaması, 5 %-i (0,2 faiz bəndi çox) internetin zərərli hesab edilməsi ilə bağlıdır. Qalan 6,5 % isə başqa səbəblərə aiddir.

Digər xəbərlər