Ötən il Azərbaycanda ev təsərrüfatlarının İKT xərclərinin 36,2 %-i internet şəbəkəsinə qoşulmaqla bağlı olub.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilə nisbətən 0,8 faiz bəndi çoxdur.
Hesabat dövründə cəmi xərclərin 23,9 %-i (3,1 faiz bəndi az) telefon avadanlıqlarının alınması və təmiri, 15,2 %-i (0,9 faiz bəndi az) telefon rabitəsi xidmətləri, 5,4 %-i (1,1 faiz bəndi çox) kabel TV xidmətləri, 0,7 %-i (0,1 faiz bəndi çox) IPTV xidmətləri, 0,7 %-i (0,1 faiz bəndi az) peyk rabitəsi xidmətləri, 1,3 %-i (0,6 faiz bəndi çox) audiovizual və foto avadanlıqları, 4,4 %-i (1,4 faiz bəndi çox) kompüter, noutbuk, planşet, printer və onlara aid olan müxtəlif ləvazimatların, kalkulyatorların, kompüter proqram paketləri, o cümlədən əməliyyat sistemləri, tətbiqetmələr və s. alınması, 1 %-i (0,4 faiz bəndi az) audiovizual, foto avadanlıqlarının, kompüter, noutbuk, planşet və printerlərin təmiri ilə bağlı olub, 11,2 %-ni (0,5 faiz bəndi çox) isə digər xərclər təşkil edib.