Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 85,041 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrün göstəricisi ilə müqayisədə 23,3 % azdır.
Təkcə may ayında Türkiyə Azərbaycana 17,334 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 4,2 % çoxdur.
5 ayda Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 1,1 % artaraq 6,656 milyard ABŞ dollarına, may ayında isə 8,7 % artaraq 1,499 milyard ABŞ dollarına çatıb.