Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 430 ədəd noutbuk, 2 144 ədəd stolüstü kompüter istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 42 % və 2,2 dəfə çoxdur.
Təkcə iyulda isə 349 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,3 dəfə çoxdur. Ötən ay Azərbaycanda noutbuk istehsal edilməyib.
2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.