İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Nar Telecom" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət "Azərfon” MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhər, Xətai rayonu, 8 Noyabr prospekti, 113-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 15 075 049 manat, qanuni təmsilçisi isə Elnur Şahid oğlu Abışzadədir.