"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün "Portlend"ə qarşı ev matçında rəqib qapısına yol taparaq turnirdəki qol seriyasını 4 oyuna çatdırıb.
"Report" xəbər verir ki, matç 2:0 hesabı ilə başa çatıb.
Qolları Messi (31) və German Berterame (42) vurublar. "Qızıl top"un 8 qat qalibi olan futbolçu həmçinin bir məhsuldar ötürmə edib.
Messi bombardirlərin siyahısında 12 qolla ikincidir. O, həmçinin 13 matçda 5 məhsuldar ötürmə edib.
"İnter Mayami" MLS-in Şərq Konfransının turnir cədvəlində 14 oyundan sonra 28 xalla 2-ci yerdədir.