Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini Ramazan Bayramı münasibəti ilə təbrik edib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təbrikdə deyilir: "Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Milli-mənəvi dəyərlər xalqın mənəvi sərvətidir. Bu dəyərləri həmişə yüksək tutan Ümummilli liderimiz Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasının da qayğısına qalmışdır. Məhz onun hakimiyyəti dövründə ölkəmizdə sağlam dinlərarası münasibətlər qurulmuşdur. Bu gün Azərbaycanda vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsidir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, bu günümüzə qədər yaşadılan Ramazan bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur. Dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınan Respublikamız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, dövlətimizin müdafiə qüdrəti artmış, müstəqilliyimiz daha da möhkəmlənmişdir. Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi oldu. Torpaqlarımızın bir qismi işğaldan azad edildi. Cənab Ali Baş Komandan "Biz imkan verməyəcəyik ki, bizim torpağımızada ikinci erməni dövləti yaransın" fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik. İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram".
Zakir Həsənov: "Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi oldu"
Digər xəbərlər
Hərbi Tibb Fakültəsində Tibbi ingilis dili kursu keçirilir
21 oktyabr, 2026 / 18:08
Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
21 oktyabr, 2026 / 10:39
Şahinlərin Görüşü-2026 təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib
20 oktyabr, 2026 / 15:27
Azərbaycan və BƏƏ-nin HHQ komandanları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
19 oktyabr, 2026 / 19:11
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
19 oktyabr, 2026 / 17:56
Azərbaycan və BƏƏ hərbi pilotları şərti hədəflərin zərərsizləşdirilməsi üzrə tapşırıqları icra edib
19 oktyabr, 2026 / 17:24
NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf etdirilir
19 oktyabr, 2026 / 16:46
Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb
19 oktyabr, 2026 / 09:35
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
18 oktyabr, 2026 / 20:08
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
18 oktyabr, 2026 / 19:51
Şahinlərin Görüşü - 2026 təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
18 oktyabr, 2026 / 15:37
Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
17 oktyabr, 2026 / 14:49
Bakıda keçirilən NATO təlimi başa çatıb
17 oktyabr, 2026 / 13:24
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
16 oktyabr, 2026 / 18:17
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
16 oktyabr, 2026 / 15:37
Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
15 oktyabr, 2026 / 12:30
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
15 oktyabr, 2026 / 11:38
Bakıda Azərbaycan və İtaliya arasında axtarış-xilasetmə sahəsində ekspert görüşü keçirilib
15 oktyabr, 2026 / 10:01