Ukraynanın Zaporojye vilayətinin işğal altında olan Melitopol və Vasilevka istiqamətində gərgin döyüşlər gedir.
"Report"un Zaporojye cəbhəsinə ezam olunmuş əməkdaşı əks-hücum zamanı döyüş əməliyyatlarının birindən çəkiliş edib. Əməliyyatlar çərçivəsində Ukrayna ordusunun xüsusi bölmələri Rusiya ordusuna məxsus "Buratino" artilleriya qurğusunu və bir neçə qrad sistemini məhv edib.
Bölmə komandiri Aleksandr Taran "Report"un Şərqi Avropa bürosuna bildirib ki, son bir neçə gün ərzində Ukrayna silahlı qüvvələrinin bölmələri 2 kəndi azad edib:
"Hazırda daha 3 kənd uğrunda döyüşlər gedir. Orduda əhvali-ruhiyyə yüksəkdir. Hər gün döyüşür və irəliləyirik. Bu günə tapşırığımız “Buratino” qurğusunu məhv etmək idi. Pusquda onun döyüş mövqeyinə gəlməsini gözlədik və 8 raketlə onu məhv edə bildik.
A.Taran göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü çatdırıb.