Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 16-dan 20-dək Türkiyənin Ankara şəhərində "Strateji Təhlil" mövzusunda kurs, fevralın 17-dən 19-dək Saloniki şəhərində (Yunanıstan) "NATO təlimlərinin sinxronlaşdırılması" mövzusunda konfrans keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər