Prezidentin köməkçisi: "Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər"

"Xoşbəxtəm ki, 30 il görə bilmədiyimiz yerlərə getdik, qalxa bilmədiyimiz yüksəkliklərə qalxdıq".

“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O, səfər zamanı sərhədçilərimiz üçün necə şərait yaradıldığını gördüyünü bildirib: “Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bəzi nöqsanlar mövcud idi. Onları da qeyd etdik və çatışmazlıqların tezliklə aradan qaldırılacağına ümid edirəm".

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27