“Saber Junction - 19” təlimlərində növbəti mərhələ icra olunub

Almaniyanın “Hohenfels” təlim mərkəzində davam edən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları növbəti mərhələdə tapşırıqları icra ediblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hərbçilərimiz NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələri ilə birgə təlim çərçivəsində keçirilən əməliyyatlar, bölmələrin qarşılıqlı fəaliyyəti və digər tapşırıqları yerinə yetirirlər.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27