Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, mərasimdə şəhidləri və fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Polkovnik Mahmud Əmirov çıxışında gənc əsgərləri təbrik edərək hərbi andın mənasını, and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.
Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Gənc əsgər Qalib Zeynalov çıxışında hərbi xidmətə zəfər və mübarizə əzmi ilə gəldiyini bildirib və əsgər yoldaşlarına xidmətlərində uğurlar arzulayıb.
Valideynlər adından çıxış edən Ruslan Zeynalov sırada dayanan hər bir Vətən övladının peşəkar döyüşçü və bacarıqlı əsgər kimi formalaşacaqlarına, üçrəngli bayrağımızın dalğalandığı istənilən ərazidə qürurla, qətiyyətlə xidmət edəcəklərinə inandığını bildirib.
General-mayor Rəhim Cəfərov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, andiçmə mərasimi hər bir əsgərin həyatında unudulmaz və yaddaqalan günlərdən biridir.
Qeyd olunub ki, hərbi xidmətə yenicə qədəm qoyan gənc əsgərlərə ixtisaslarına uyğun təlim və məşğələlər keçirilir. Hərbi hissədə olan müasir şərait məşğələlərin səmərəli təşkilinə zəmin yaradır. Yanvar ayında ordu sıralarına daxil olan gənclərimiz də peşəsinin incəliklərinə yaxşı bələd olan peşəkar komandirlər tərəfindən keçirilən məşğələlərdə hərbi bilik və vərdişləri həvəslə öyrənəcək, yüksək döyüş hazırlıqlı hərbi qulluqçu kimi formalaşaraq Vətənə, xalqa, dövlət və dövlətçiliyə sonsuz sədaqətlə xidmət edəcəklər.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Naxçıvanda gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Digər xəbərlər
Azərbaycan-Gürcüstan hərbi təhsildə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb
05 noyabr, 2026 / 15:21
MMU-da müdafiə və milli təhlükəsizliyin aktual problemləri müzakirə edilib
04 noyabr, 2026 / 11:20
Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər
03 noyabr, 2026 / 15:29
Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
03 noyabr, 2026 / 11:49
Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
02 noyabr, 2026 / 09:50
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
01 noyabr, 2026 / 15:59
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
31 oktyabr, 2026 / 12:17
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
29 oktyabr, 2026 / 18:36
Azərbaycan və Slovakiya arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi müzakirə edilib
29 oktyabr, 2026 / 15:50
Mürsəl İbrahimov oktyabr çağırışının icra vəziyyətini müzakirə edib
29 oktyabr, 2026 / 11:10
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
28 oktyabr, 2026 / 19:21
Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb
28 oktyabr, 2026 / 16:10
Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb
27 oktyabr, 2026 / 13:13
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
25 oktyabr, 2026 / 17:32
Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib
25 oktyabr, 2026 / 17:20
Hərbi Tibb Fakültəsində Tibbi ingilis dili kursu keçirilir
21 oktyabr, 2026 / 18:08
Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
21 oktyabr, 2026 / 10:39
Şahinlərin Görüşü-2026 təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib
20 oktyabr, 2026 / 15:27
Azərbaycan və BƏƏ-nin HHQ komandanları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
19 oktyabr, 2026 / 19:11