Yanvarın 12-13-də Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv dövlətlərin Baş Qərargah rəislərinin iştirakı ilə hərbi komitənin toplantısı keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Alyansın dekabrın 17-də yaydığı açıqlamada bildirilib.
“Hərbi komitə 2022-ci il yanvarın 12-13-də Brüsseldə hərbi komitənin başçısı Rob Bauerin sədrliyi ilə iclas keçirəcək”, - açıqlamada qeyd olunub.