Müdafiə naziri Zakir Həsənov Türkiyəyə yola düşüb

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 24-də Türkiyəyə səfərə gedib. "Report" xəbər verir ki, məlumatı nazirliyin mətbuat xidməti yayıb.  

Məlumatda qeyd olub ki, Z.Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın dəvətilə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27