"Yüksək dağlıq ərazilərdə yerləşən Azərbaycan Ordusunun bölmələri fasiləsiz elektrik enerjisi ilə təmin olunub, isti və soyuq su xətləri çəkilib".
“Report”un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.
O bildirib ki, 6 aylıq ərzaq, yanacaq ehtiyatı yaradılıb və qış mövsümü ilə əlaqədar bütün şəxsi heyət isti geyimlə təmin edilib.