​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ Fevralın 2-dən 6-dək Almaniyanın Oberammerqau şəhərində Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər