Hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına xüsusi tikinti-inşaat texnikaları gətirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən ötən ildən başlayaraq qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına yeni texnikaların gətirilməsinə başlanılıb. Tədbirlərin davamı olaraq yeni texnikaların növbəti hissəsi Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.
Əlahiddə Ümumqoşun Orduda hərbi quruculuq, tikinti-inşaat və yol tikintisində istifadə olunması üçün qardaş Türkiyə Respublikasından yeni texnikalar gətirilərək istifadəyə verilib. Təhvil verilən texnikalar müasirliyi və öz texniki xüsusiyyətləri ilə seçilir. Bu da quruculuq işlərinin tez bir zamanda və daha keyfiyyətlə görülməsinə şərait yaradacaq.
Türkiyə Respublikasında "Mercedes-Benz"in təmsilçi və idxal şirkəti olaraq qurulmuş "Koluman Holdinq" şirkətlər qrupu tərəfindən tamamilə alman avtomobil sənayesi standartlarına uyğun istehsal olunan tikinti texnikaları yüksək keyfiyyəti ilə seçilir.
Davamlılığı, yanacağa qənaəti və rahatlığı ilə fərqlənən sementdaşıyan, betonnasos, betonqarışdıran və asfalt-beton daşıyan maşınlar sürücünün və nəqliyyat vasitələrinin təhlükəsizliyinə önəm verilməklə istehsal olunub. "Koluman Holdinq" şirkətlər qrupunun zavodlarında Cənubi Koreya Respublikasının istehsalçısı "JunJin" şirkəti ilə birgə istehsal olunan betonnasos öz keyfiyyəti ilə fərqlənir. Müasir dizayn və texnologiyalı bu maşınlar Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işlərinin və yol infrastrukturunun yenilənməsinin daha keyfiyyətlə aparılmasına imkan yaradacaq.
İnşaat sahələrində çətin şərtlər üçün istehsal edilmiş, gücü və möhkəmliyi ilə seçilən bu texnikalardan əlavə yolxətləyən maşın və qoşqular da istifadəyə verilib. Türkiyə Respublikasının "Agri Rosso" firması tərəfindən istehsal edilən qoşqular keyfiyyəti və müasirliyi ilə daşınma və yardımçı təsərrüfat işlərini daha da asanlaşdıracaq.
Əlahiddə Ümumqoşun Ordunun təminatına qardaş Türkiyə Respublikasının milli istehsalı olan texnikaların verilməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğundan xəbər verir.
Əlahiddə Ümumqoşun Orduya yeni müasir texnikalar verilib
Digər xəbərlər
MMU-da Zəfər Gününə həsr olunmuş Respublika Elmi-Praktik Konfransı başa çatıb
05 noyabr, 2026 / 17:16
Azərbaycan-Gürcüstan hərbi təhsildə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb
05 noyabr, 2026 / 15:21
MMU-da müdafiə və milli təhlükəsizliyin aktual problemləri müzakirə edilib
04 noyabr, 2026 / 11:20
Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər
03 noyabr, 2026 / 15:29
Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
03 noyabr, 2026 / 11:49
Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
02 noyabr, 2026 / 09:50
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
01 noyabr, 2026 / 15:59
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
31 oktyabr, 2026 / 12:17
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
29 oktyabr, 2026 / 18:36
Azərbaycan və Slovakiya arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi müzakirə edilib
29 oktyabr, 2026 / 15:50
Mürsəl İbrahimov oktyabr çağırışının icra vəziyyətini müzakirə edib
29 oktyabr, 2026 / 11:10
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
28 oktyabr, 2026 / 19:21
Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb
28 oktyabr, 2026 / 16:10
Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb
27 oktyabr, 2026 / 13:13
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
25 oktyabr, 2026 / 17:32
Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib
25 oktyabr, 2026 / 17:20
Hərbi Tibb Fakültəsində Tibbi ingilis dili kursu keçirilir
21 oktyabr, 2026 / 18:08
Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
21 oktyabr, 2026 / 10:39
Şahinlərin Görüşü-2026 təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib
20 oktyabr, 2026 / 15:27