"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində təşkil olunan "Dostluq evi"ndə Azərbaycan pavilyonu yaradılıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid nümayiş olunan ekspozisiyalar yarış iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanır.