Azərbaycan və Belarus hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarus hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Bakıda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Bizim qarşılıqlı fəaliyyətimizin mühüm hissəsini hərbi sənaye sahəsi təşkil edir. Biz bu sahədə də çoxdan tərəfdaşlıq edirik və bir-birimizi sınaqdan çıxarmışıq. Biz hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq səviyyəsindən çox razıyıq və əməkdaşlığı gücləndirmək niyyətindəyik", - deyə prezident bildirib.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27