Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, noyabrın 17-dən 18-dək Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Quru Qoşunları Hərbi Məktəbini ziyarəti, noyabrın 17-dən 21-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və Türkiyənin İstanbul şəhərində Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.

Digər xəbərlər

Bakıda NATO-nun kursu keçirilib 14 mart, 2026 / 10:01