​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 2-dən 5-dək Bakı şəhərində "Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi" mövzusunda seminar, dekabrın 2-dən 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Dil standartları və qiymətləndirmə" mövzusunda seminar keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər

Bakıda NATO-nun kursu keçirilib 14 mart, 2026 / 10:01