​Azərbaycan hərbçiləri Tbilisidə beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. 13 mart. REPORT.AZ/ Tbilisi şəhərində (Gürcüstan) martın 13-dən NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində "məsləhətçi görüş" və "NATO-da hərbi tərəfdaşlığın koordinasiyası" üzrə növbəti işçi görüşlər keçirilir.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

Tədbirlər müvafiq olaraq martın 18-i və 19-dək davam edəcək.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27