Azərbaycan hərbçiləri gecə təlimi zamanı döyüş atışlarını icra ediblər

Müdafiə nazirinin təsdiq etdiyi 2019-ci il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, ssenariyə uyğun olaraq, təlimə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri düşmənin gecə vaxtı hücumunun ona müxtəlif istiqamətlərdə cavab zərbələrinin endirilməsi ilə dəf edilməsi və qoşunlarımızın müdafiədən əks-hücuma keçməsi tapşırıqlarını icra ediblər.

Digər xəbərlər