​Azərbaycan hərbçiləri Almaniyada keçirilən təlimdə iştirak edir

Bakı. 20 iyul. REPORT.AZ/ İyulun 20-dən 24-dək Oberammerqau şəhərində (Almaniya) “Quru Qoşunların döyüş hazırlığının qiymətləndirilməsi” və iyulun 20-dən 27-dək London şəhərində (Böyük Britaniya) “Müdafiə Tədqiqatları üzrə Kral Kolleci” kursları keçirilir. 

“Report” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27