"Minatəmizləmə əməliyyatlarına minaaxtan maşınlar və xüsusi təlim görmüş itlər də cəlb edilir".
"Report"un Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda indiyədək minaxtarma əməliyyatlarına 50-dən çox minaaxtaran maşınlar cəlb olunub:
"Minaxtarma əməliyyatları zamanı zirehli texnikalar-buldozerlərdən, eskalatorlardan da istifadə olunur. Onlar da axtarış işlərinin sürətli və daha effektiv olmasına kömək edir".