Şəki sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Bakı. 8 sentyabr.REPORT.AZ/ Azərbaycanın Şəki şəhərində bədbəxt hadisə baş verib. Report-un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Şəki rayon sakini Bəşir Səlimov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisə B.Səlimovun evinin həyətində elektrik naqillərində təmir işləri aparan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02