Ziya Bünyadov prospektində qəza olub, yolda sıxlıq yaranıb

Paytaxtın Ziya Bünyadov prospekti, "Çermet" körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39