Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb

Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.

Belə ki, 2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47